AZ

İstanbul danışıqlarında Rusiya nümayəndəsi olmayacaq.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkov arasında İstanbul danışıqlarında Rusiya nümayəndəsi olmayacaq.

Volodimir Zelenski əvvəllər danışıqları “intensivləşdirmək” və tərəfdaşlarına “sübut olunmuş həllər” təklif etmək, eləcə də məhbus mübadiləsini bərpa etmək üçün noyabrın 19-da Türkiyəyə səfər edəcəyini açıqlamışdı. “Reuters” mənbəyinin məlumatına görə, burada Stiv Uitkov ona qoşulacaq.

//Samir Qurbanov, Editor.az

Seçilən
34
editor.az

1Mənbələr