AZ

Ukraynada Azərbaycan abidələri qoruma altına alındı – FOTOLAR

Ukraynada Azərbaycan abidələrinin hava zərbələrindən qorunması üçün xüsusi müdafiə tədbirlərinə başlanılıb.

Azərbaycanın Ukraynadakı səfirliyinin hava hücumuna məruz qalmasından, həmçinin Rusiya ordusunun Kiyev şəhərinə endirdiyi intensiv raket və PUA zərbələrindən sonra Kyiv və Kyiv vilayətində yerləşən Azərbaycan abidələrinin mühafizəsi gücləndirilib.

Bu çərçivədə Azərbaycanla bağlı bir sıra heykəllərin ətrafında baryerlər və qoruyucu çəpərlər quraşdırılır. Qorunan abidələrə Kyivdəki Heydər Əliyev parkında yerləşən Heydər Əliyevin abidəsi və fəvvarəsi, İrpin şəhərinin Dostluq parkındakı Zərifə Əliyevanın abidəsi, eləcə də Kyiv şəhərində yerləşən Nəsimi, Səməd Vurğun və Müslüm Maqomayevin heykəlləri daxildir.

Abidələrin müdafiə tədbirlərinin yaxın bir həftə ərzində tamamlanacağı gözlənilir. Bildirilir ki, mühafizə baryerlərinin sökülməsi və abidələrin açılışı Rusiya–Ukrayna müharibəsi başa çatdıqdan sonra Azərbaycan dövlətinin qərarı əsasında həyata keçirilə bilər.

“AzPolitika.info”

 

 

 

Seçilən
53
editor.az

1Mənbələr