AZ

O da Xatirə İslamın “Xankəndi” söhbətinə DƏSTƏK OLDU – FOTO

“Xatirə İslam Azərbaycanda muğam oxuya bilən ən azsaylı estrada ulduzlarından biridir, bəstəkar mahnıları ilə zəngin repertuar sahibidir, səsi sənətkar deməyə layiq ifaçıdır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri tanınmış telejurnalist, Azəristilik ASC-nin mətbuat katibi Elvin Basqallı öz sosial şəbəkə hesabında paylaşıb.

“Bir ay əvvəl Xankədidəydim, 3 gün Xankəndinin havasını hər ciyərimə çəkəndə qulağımda məhz onun “Kəndinə qayıdır Xan” əsəri canlanırdı. İnanıram ki, bu mahnı Xankəndinin taleyinə yazılmış ən gözəl mahnıdır, ifadır, bir Xankəndi marşıdır, himnidir. Xatirə İslam gileylənir ki, onu niyə Xankədi, Şuşa konsertlərinə dəvət etmirlər. Xankədidə doğulmuş bir sənətkarın belə bir giley etməsindən daha təbii müraciət necə olmalıdır? Mədəniyyət Nazirliyi Xatirəni 2 dəfə məhz dekabrın 31-də Qarabağda konsertə dəvət etdiyini deyir. Axı il ərzində yada düşməyən bir ifaçının məhz dekabrın 31-i Bakıda yüksək qonorarlı konsertlərinin olduğu vaxt dəvət olunmasının adı nədir? Bugün Xankədidə olanlar sabah olmayacaqlar, amma Xatirənin Xankədi əsəri həmişə qəhrəman oğullarımızın zəfərini qəlblərdə yaşadacaq”, – Basqallı vurğulayıb.

Qeyd edək ki, Xatirə İslam Mədəniyyət Nazirliyindən rəsmi tədbirlərə dəvət almadığını dilə gətirib:

“19 yaşından bu yana dünyanın hər bir yerində Azərbaycanı təmsil etməyə getmişəm, çox xidmətlərim olub. Vaxtilə toylarımı atıb dövlət tədbirlərinə təmənnasız gedirdim. Xankəndidə doğulan yeganə ifaçıyam, sənətim də göz qabağında. “Xankəndi” əsərim də milyonların dilindədir. Bəs niyə Xankəndidə, Şuşada əsas tədbirlərdə mən yoxam?”, – müğənni bildirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
77
3
konkret.az

5Mənbələr