AZ

Rəsmi qurum təmsilçisindən müğənniyə dəstək: “Xankəndidə doğulmuş bir sənətkarın...”

“Xatirə İslam Azərbaycanda muğam oxuya bilən azsaylı estrada ulduzlarından biridir, bəstəkar mahnıları ilə zəngin repertuar sahibidir, səsi sənətkar deməyə layiq ifaçıdır".

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.

O əlavə edib: "Bir ay əvvəl Xankəndidəydim, 3 gün Xankəndinin havasını hər ciyərimə çəkəndə qulağımda məhz onun “Kəndinə qayıdır Xan” əsəri canlanırdı. İnanıram ki, bu mahnı Xankəndinin taleyinə yazılmış ən gözəl mahnıdır, ifadır, bir Xankəndi marşıdır, himnidir”. 

Mətbuat katibi bildirib ki, Mədəniyyət Nazirliyi 2 dəfə Xatirə İslamı Xankəndinə dəvət edib, lakin yalnız dekabrın 31-ində:

“Xatirə İslam gileylənir ki, onu niyə Xankəndi, Şuşa konsertlərinə dəvət etmirlər. Xankədidə doğulmuş bir sənətkarın belə bir giley etməsindən daha təbii müraciət necə olmalıdır?!

Mədəniyyət Nazirliyi Xatirəni 2 dəfə məhz dekabrın 31-də Qarabağda konsertə dəvət etdiyini deyir. Axı il ərzində yada düşməyən bir ifaçının məhz dekabrın 31-i Bakıda yüksək qonorarlı konsertlərinin olduğu vaxt dəvət olunmasının adı nədir?!

Bu gün Xankədidə olanlar sabah olmayacaqlar, amma Xatirənin “Xankəndi” əsəri həmişə qəhrəman oğullarımızın zəfərini özündə yaşadacaq”.

Xatirə İslam Elvin Basqallının sözlərini sosial media hesabında paylaşaraq ona təşəkkürünü bildirib. Eyni zamanda, nazirliyin iddialarına gün ərzində cavab verəcəyini deyib.

Xatırladaq ki, Xatirə İslam Mədəniyyət Nazirliyindən rəsmi tədbirlərə dəvət almadığını dilə gətirib:

"19 yaşından bu yana dünyanın hər bir yerində Azərbaycanı təmsil etməyə getmişəm, çox xidmətlərim olub. Vaxtilə toylarımı atıb dövlət tədbirlərinə təmənnasız gedirdim. Xankəndidə doğulan yeganə ifaçıyam, sənətim də göz qabağında. "Xankəndi" əsərim də milyonların dilindədir. Bəs niyə Xankəndidə, Şuşada əsas tədbirlərdə mən yoxam?"

Müğəninin etirazına  Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı rəy bildirmişdi: 

“Müğənni Xatirə İslam yalanları ilə görəsən kimi aldatmaq istəyir? Onun “Xankəndidə doğulan yeganə ifaçıyam, sənətim də göz qabağında. “Xankəndi” əsərim də milyonların dilində. Bəs niyə Xankəndidə, Şuşada əsas tədbirlərdə mən yoxam? Mən heç vaxt, heç kimə nəyəsə görə danışmamışam, heç kimlə də problemim yoxdur” deyə verdiyi açıqlamada tək bir gerçək onun Xankəndidə doğulmasıdır. 

Sənəti, ifaçılığı nədir bu barədə heç nə yazmayacağam. Yalanı onun Xankəndidə keçirilən tədbirlərə dəvət olunmaması haqqında dedikəridir.

1 il ərzində ( Xankəndində işlədiyim müddət) Xankəndidə keçirilən bayram tədbirlərinə bu müğənni qatılmadı. Dəfələrlə burda keçirilən bayram konsertlərinə Xatirə İslam dəvət olunsa da müxtəlif səbəblər gətirib iştirakdan imtina edib. Buna mən şahidəm. Mədəniyyət və dövlət əhəmiyyətli tədbirlərə gəlmək istəməyən Xatirə İslam, siz niyə doğru olmayan məlumatlar verirsiniz?

"Hamıdan birinci siz bu torpağa gəlib, konsert verməliydiniz. Amma sizi burda görən olmadı. Doğrudur, sənətçinin hansı tədbirdə iştirak edib-etməməsi onun şəxsi qərarıdır. Siz də Xankəndidəki konsertlərdə iştirak etməmək qərarını özünüz vermisiniz. İnanın ki, sizdən heç bir gözlənti də yoxdur. İnsan torpağını sevəndə torpağı üçün əlindən nə gəlirsə edir. Sizin də bu torpağa verəcəyiniz tək şey burda oxuyacağınız mahnı ola bilərdi. Onu da özünüz çox görmüsünüz doğulduğunuz yerə. Heç olmasa Xankəndinin adını  yalanlarınızla çirkləndirməyin".

"Cebheinfo.az"

Seçilən
18
3
cebheinfo.az

4Mənbələr