AZ

Zelenskinin dostu Türkiyədə gizlənib?

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə korrupsiyada ittiham olunan dostu Timur Mindiçə baş çəkə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Rada üzvü Aleksey Honçarenko deyib.

“Zelenskinin turnesi davam edir. Bu gün o, İspaniyadadır. Sabah Türkiyəyə yollanır. Orada, bəlkə, hətta ən yaxın dostu Mindiçə də baş çəkəcək. Axı onlar bir müddətdir ki, bir-birilərini görmürlər”, – deyə o bildirib.

Qeyd edək ki, noyabrın 10-da Ukrayna Milli Antikorrupsiya Bürosu enerji sektorunda korrupsiya ilə bağlı genişmiqyaslı xüsusi əməliyyat elan edib. Məlumata görə, təhqiqat bir il yarım davam edib, büro əməkdaşları təxminən 1000 səs yazısı toplayıb. Baş şübhəlilərdən biri Zelenskinin ən yaxın müttəfiqi və “pul kisəsi” hesab edilən Timur Mindiç idi.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
61
globalinfo.az

1Mənbələr