AZ

Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi strateji nəqliyyat layihələri üçün şərait yaradacaq - Bokhari

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsistrateji nəqliyyat təşəbbüslərinin, o cümlədən TRIPP (The TrumpRoute for International Peace and Prosperity) layihəsinin həyatakeçirilməsi üçün şərait yaradacaq.

Trend xəbər verirki, bunu bu gün “New Lines Institute”un Avrasiyada təhlükəsizlik vərifah məsələləri üzrə baş direktoru Kamran Bokhari Bakıda keçirilənAzərbaycan-ABŞ beyin mərkəzlərinin I forumunda çıxışında deyib.

Bokhari qeyd edib ki, regionda qüvvələr balansı dəyişib və bugün Cənubi Qafqazın sabit və işlək tranzit marşrutuna çevrilməsiüçün əsas amil məhz siyasi tənzimlənmədir.

“Bakı və İrəvan arasında sülhün möhkəmləndirilməsi, CənubiQafqazın tamhüquqlu şərq–qərb dəhlizinə çevrilməsi imkanını açır.Davamlı sülh olmadan Transxəzər logistikasının və bütün Orta Dəhlizinfrastrukturunun normal fəaliyyətini təmin etmək mümkün deyil”, –deyə o bildirib.

Onun sözlərinə görə, Vaşinqton avqustun 8-də keçirilən görüşdənsonra TRIPP-in inkişafını dəstəkləməklə, regionun uzunmüddətlisabitliyi və əlaqəliliyi ilə bağlı marağını nümayiş etdirib.

“TRIPP ABŞ-nin Avrasiya strategiyasının mühüm elementi olabilər, lakin onun gerçəkləşməsi yalnız möhkəm sülh şəraitindəmümkündür. Eyni sözlər Orta Dəhlizə də aiddir: şərqi Ermənistan,Naxçıvan Muxtar Respublikası və Türkiyə arasındakı hissədətəhlükəsizlik təmin olunmadan onun potensialı məhdud olaraq qalır”,– ekspert vurğulayıb.

Məqalədə:
Seçilən
122
1
az.trend.az

2Mənbələr