ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison M. Huker bu həftə Azərbaycana səfər edəcək.
Bu barədə ABŞ Dövlət Departamenti xəbər verir.
“Dövlət Katibinin müavini Huker 15–21 noyabr 2025-ci il tarixlərində Ermənistan və Azərbaycanda işgüzar səfərdə olacaq”, - Dövlət Departamentinin saytında bildirilib.
Planlaşdırılan səfərin təfərrüatları barədə məlumat verilmir.