Abşeron rayonunda sexdə bədbəxt hadisə baş verib.
Moderator.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində yerləşən şirniyyat sexində qeydə alınıb.
Orada işləyən qəsəbə sakini - 1980-ci il təvəllüdlü Teymur Ramiz oğlu Allahverdiyevin sağ əli dəzgahda qalıb.
Xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyevin əli amputasiya olunub.
Araşdırma aparılır.