AZ

ABŞ Prezidenti Venesuela ilə mümkün danışıqlar barədə danışdı

BAKI, 17 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Venesuela rəhbərliyinin Amerika ilə danışıqlar aparmaq istədiyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu açıqlamanı Florida ştatından Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərlə söhbətində verib.

“Bəlkə danışıqlarımız olacaq. Bəlkə Venesuela Prezidenti Nikola Maduro ilə müzakirələr aparacağıq. Görək, bu nə ilə nəticələnəcək”, - Tramp deyib.

O, həmçinin bildirib ki, administrasiya Venesuela ilə mümkün hərəkətləri Konqreslə koordinasiya etməyi arzu edir.

“İstəyirik ki, Konqres də bu prosesdə iştirak etsin. Onların icazəsini almağa məcbur deyilik, amma mən hesab edirəm ki, məlumatlı olmaları yaxşı olardı”, - ABŞ lideri vurğulayıb.

Seçilən
41
37
teleqraf.com

10Mənbələr