AZ

Epstaynın qardaşı “Bubba” ləqəbinin Bill Klintona aid olmadığını bildirib

İki qardaş rasında 2018-ci il yazışmalarının mənası ictimaiyyət tərəfindən yanlış şərh edilib…

Poliqon xəbər verir ki, milyarder Ceffri Epstaynın qardaşı Mark Epstayn 2018-ci ilə aid yazışmalarla bağlı The Advocate nəşrinə açıqlama verib. Söhbət Ceffri Epstaynın qardaşına göndərdiyi və Donald Trampın keçmiş müşaviri Stiv Bennonun yanında olduğunu dediyi mesajdan gedir. Mark Epstayn həmin məktuba cavab olaraq yazıb: “Ondan soruş, görəsən Putində Trampın Bubbanın qarşısında oral seks etdiyini göstərən fotosu varmı?”.

Mesajdakı “Bubba” ləqəbinin Bill Klintona aid ləqəb olması barədə söyləntilər sosial şəbəkələrdə qalmaqala səbəb olub, istifadəçilər bu ifadənin iki ABŞ prezidentinin arasında seksual münasibətə işarə edib-etmədiyini müzakirə ediblər.

Mark Epstayn yeni açıqlamasında yazışmanın mənasının tamamilə təhrif edildiyini deyib.

“Bu, sadəcə iki qardaş arasında gedən zarafat xarakterli şəxsi yazışma idi və nə ictimaiyyətə təqdim olunması, nə də ciddi qəbul edilməsi üçün nəzərdə tutulmuşdu. Aydınlıq gətirmək üçün deyim ki, həmin yazışmada adı çəkilən ‘Bubba’ heç bir halda sabiq prezident Bill Klintona aid deyil”, deyə Mark Epşteyn bildirib.

O, əlavə edib ki, yazışmanın siyasi məna qazanması üçün göstərilən cəhdlər “mətnin həm məqsədini, həm də tonunu təhrif edir”. Epstaynın nümayəndəsi də dəqiqləşdirib ki, məktubda adı hallanan Bubba “ictimai şəxs olmayan, özəl bir adamdır”.

The Telegraph-a açıqlamasında Mark Epstayn bir daha Trampın Klintonla seksual münasibətdə olması barədə iddiaları rədd edib, lakin Bubbanın kim olduğu barədə məlumat verməkdən imtina edib.

Poliqon.info

Seçilən
116
48
poliqon.info

10Mənbələr