Keçmiş məşhur futbolçu Uesli Sneyder Madridin “Real” klubunun hücumçusu Kilian Mbappenin çıxışını qiymətləndirib.
90deqiqe.Az xəbər verir ki, “AS” nəşri sabiq niderlandlı futbolçunun dediklərini belə çatdırıb.
“Sneyderin sözlərinə görə, Mbappe tam bir hücumçuya çevrilib. Onun hücumçu kimi mövqelənməsi unikal səviyyədədir. Mən düşünürəm ki, indi o, sol qanad oyunçusundan daha yaxşı hücumçudur”
Cari mövsümdə 26 yaşlı futbolçu “Real”la 16 oyunda 18 qol vurub və 2 məhsuldar ötürmə edib. Transfermarkt fransalı ulduzu 180 milyon avroya qiymətləndirir.
İspaniya La Liqasında 12 turun sonunda Madrid klubu 31 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.