AZ

Suqovuşanda 33 ildən sonra ilk TOY

Ajans.az-ın əldə etdiyi məlumata görə, doğma yurdun havasında ən gözəl melodiyanı xoşbəxtliyin, qayıdışın və yeni başlanğıcın səsini eşitdik. Bu şərəfli gün Əzimovlar ailəsinə qismət oldu. Şahin Qənimət oğlunun oğlu, Qurban Şahin oğlunun toy mərasimi yalnız bir ailənin sevinc günü deyil, bütöv bir rayonun, bütün Qarabağın dirçəlişinin rəmzidir.İllərlə boş qalan küçələrdə bu gün gülüş səsləri ucaldı.  Bu torpaqlar bir daha sübut etdi ki, həyat yenidən qayıdır, insan nəfəsi, ailə qurmaq sevinci, ocaq yandırmaq xoşbəxtliyi bu yerlərin alın yazısıdır.
Allah yeni qurulan bu ailəyə səadət, Suqovuşanımıza isə daimi bayram günləri nəsib etsin. Bu gün təkcə bir toy deyil bir zəfərin, bir qayıdışın, bir torpaq sevgisinin bayramıdır.

Seçilən
101
Ajans.az

1Mənbələr