2026-cı ildə keçirləcək futbol üzrə Dünya Çempionatının seçmə mərhələsinin ötən gecə keçirilən oyunlarından sonra daha bir komanda final mərhələsinə vəsiqəni təmin edib.
Modern.az-ın məlumatına görə, Fransa millisi mundiala vəsiqə qazanan növbəti komanda olub.
Beləliklə, gələn il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Çempionatının final mərhələsinə hələlik vəziqə qazanmış 29 komanda aşağıdakılardı:
Fransa, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Qətər, İngiltərə, Səudiyyə Ərəbistanı, Kot-d'İvuar, Seneqal, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Koreya, İordaniya, Avstraliya, Ekvador və Braziliya.
DÇ-2026-nın əsas mərhələsində tarixdə ilk dəfə olaraq 48 komanda mübarizə aparacaq.