AZ

DÇ-2026-da iştirak edəcək komandalardan 32-si bəlli oldu

Yazını böyüt
Yazını kiçilt

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) final mərhələsində iştirak edəcək 48 komandadan 32-si müəyyənləşib.

Hafta.az xəbər verir ki, noyabrın 17-nə keçən gecə baş tutan oyunlardan sonra Norveç və Portuqaliya yığmalarının da nüfuzlu yarışda iştirakı rəsmiləşib.

İndiyə qədər aşağıdakı komandalar DÇ-2026-ya vəsiqə qazanıblar:

Turnirin ev sahibləri: ABŞ, Kanada, Meksika;

AFC (Asiya): Avstraliya, İran, Yaponiya, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Özbəkistan;

ACF (Afrika): Əlcəzair, Misir, Kabo-Verde, Qana, Kot`d-İvuar, Mərakeş, Seneqal, CAR, Tunis;

KONMEBOL (Cənubi Amerika): Argentina, Braziliya, Kolumbiya, Ekvador, Paraqvay, Uruqvay;

CFO (Okeaniya): Yeni Zelandiya, Avstraliya;

UEFA (Avropa): İngiltərə, Fransa, Xorvatiya, Norveç və Portuqaliya.

Qeyd edək ki, DÇ-2026-da 48 milli komanda iştirak edəcək. Turnir iyunun 11-dən iyulun 19-dək üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.

Seçilən
35
15
hafta.az

10Mənbələr