AZ

“Mən kifayət qədər ağıllıyam, futbolda ən çətin şey...” - RONALDO

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo karyerasında uğur qazanmasının səbəbini açıqlayıb.

40 yaşlı futbolçu həm millidə, həm də klubunda vacib oyunçu olaraq çıxış etməyə davam edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı forvard futbolda ən çətin şeyin qol vurmaq olduğunu hesab edir:

“Mən hesab edirəm ki, futbolda ən çətin şey qol vurmaqdır. Kifayət qədər ağıllıyam.

Buna gör, özümü fiziki və psixoloji durumumu, həmçinin, çıxış etdiyim klubları və liqaları nəzərə alaraq adaptasiya edə bildim.

Ağıllı oyunçu adaptasiya edə biləndir. Futbol artıq əvvəlki kimi deyil, hətta bir il əvvəlki futbol da fərqli idi.

Sən buna uyğun dəyişməlisən. Bir şey itirilir, bir şey isə qazanılır. Mənim üçün əsas olan ağıl və düzgün yanaşmadır”.

Ronaldo gələn ilin fevralında 41 yaşını qeyd edəcək.

Seçilən
33
sportinfo.az

1Mənbələr