2022-ci ilə qədər Ermənistana silah satmağa hazır olan yalnız bir ölkə var idi: Rusiya. Qalan ölkələr Ermənistana silah satmaqdan imtina etdilər.
APA “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deyib.
“2022-ci ilə qədər Ermənistana silah satmağa hazır olan yalnız bir ölkə var idi. Niyə qalanları satmadılar? Çünki onların sözlərinə görə, beynəlxalq səviyyədə tanınmış ərazimizi qorumaq üçün bizə satılan silahlardan istifadə edəcəyimizə dair heç bir zəmanət yox idi. Üstəlik, beynəlxalq səviyyədə tanınmış ərazimizdən kənarda istifadə edəcəyimizə əmin olduqlarını söylədilər və bu onlar üçün qəbuledilməz idi. Bu yol 6 oktyabr 2022-ci ildə ölkəmizin ərazi bütövlüyünü tanıdığımızı elan etdikdən sonra bizim üçün açıldı”, - Paşinyan qeyd edib.