Ermənistanın baş naziri Nikol Paşinyan etiraf edib ki, ölkəsi Qarabağ məsələsində uzun illər “bir dövlətin təsiri altında” olub.
“Ermənistan Qarabağ məsələsində konkret bir ölkənin cibində idi. 2018–2022-ci illərdə ordumuzun düşüncə tərzi və psixoloji vəziyyəti xarici təsir altında idi, suveren iradə mərkəzi yox idi,” – Paşinyan bildirib.
O qeyd edib ki, Ermənistanın xarici borcu silah alınması səbəbindən artıb.
“Bizə deyirlər, borc niyə 8 milyard dollara çatdı? Cavab sadədir – biz silah aldıq. Kredit hesabına, çünki dərhal çoxlu silah almaq lazım idi”, - Paşinyan bildirib.