AZ

Ermənistan lideri: Borcla silah almışıq, çox ehtiyacımız var idi

BAKI, 13 noyabr. TELEQRAF

“Deyirlər ki, xarici borc 8 milyard artıb, nə etmisiniz?”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan 2026-cı ilin büdcə layihəsi ilə bağlı parlamentdə çıxışında bildirib.

“Bilirsinizmi, nə etmişik? Deyilmirdi, amma deyək, silah almışıq. Borcla silah almışıq? Bəli, borcla silah almışıq. Niyə? Çünki çox lazım idi və bir anda alınmalı idi”, - o qeyd edib.

O həmçinin əlavə edib ki, borc COVID-19 pandemiyası ilə mübarizə üçün də götürülüb.

Seçilən
24
teleqraf.com

1Mənbələr