AZ

Alpakalar insani duyğularla Heydər Əliyev Mərkəzində canlanır -Sol Alexo Bakıda

Dekabrın 18-də Heydər Əliyev Mərkəzində perulu rəssam Sol Alexonun “And və Qafqaz dağları arasında təxəyyül dünyası” (The Imaginary World between the Andes and the Caucasus) adlı sərgisinin açılışı olacaq.

Finss.az xəbər verir ki, sərgidəki əsərlərin əsas qəhrəmanları And yaylasının rəmzinə çevrilmiş alpakalardır, və Sol Alexo onları insani duyğularla təsvir edir.

Ziyarətçilər rəssamın Bakı sərgisi üçün xüsusi olaraq yaratdığı əsərləri də görə biləcəklər. İlk dəfə təqdim olunacaq bu əsərlərdə müəllif qəhrəmanlarını Bakının və Şamaxının tarixi abidələri və görməli məkanlarında təsvir edir: Şamaxıdakı Alpaka fermasında, Bakının Şeytan çarxında, Bakı bulvarını seyr edərkən, Heydər Əliyev Mərkəzinin qarşısında və digər yerlərdə.

Sol Alexo indiyədək 60-dan çox yerli və beynəlxalq sərgidə iştirak edib və gənc yaşlarından incəsənətə maraq göstərib. O, And və Qafqaz dağlarının təbiətindən ilhamlanaraq yaratdığı əsərlərində sərhədlərdən asılı olmayan, həm And, həm də Qafqaz dağlarında yaşayan alpakaların ümumiləşmiş obrazı ilə incəsənətin mədəniyyətlərarası körpü rolunu vurğulayır. Onun əsərlərində alpakalar təkcə süjet xətti deyil, həm də rəmzi və emosional məna daşıyır.

Seçilən
12
7
fins.az

8Mənbələr