AZ

AFFA Samir Abasovu 4 oyunluq cəzalandırdı - ARENA.AZ

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqasının 11-ci turu ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:

Azərbaycan Premyer Liqası, 11-ci tur

“Qəbələ” – “Sumqayıt” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 700 manat cərimə edilib.

“Zirə” – “Turan Tovuz” oyununda “Zirə”də 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 700 manat cərimə edilib. Bu oyunun 61-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Roberto Olabe ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb. Tovuz klubu buna görə 500 manat cərimə ödəyəcək.

“Kəpəz” – “Sabah” oyununda “Kəpəz”in 5 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə komandası 700 manat cərimə edilib. Bu oyunda “Sabah”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 700 manat cərimə edilib.

“Qarabağ” – “Neftçi” oyununun 90-cı dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə Ağdam komandası 6000 manat cərimə edilib. Bu oyunun 84-cü dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə paytaxt komandası 3500 manat cərimə edilib. Oyunun 84-cü dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə paytaxt komandası 7000 manat cərimə edilib. “Neftçi” azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə paytaxt komandası 3000 manat cərimə edilib. Oyun bitdikdən sonra “Neftçi”nin baş məşqçisi Samir Abasov hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb. “Neftçi” buna görə 10000 manat cərimə ödəyəcək.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
29
19
arena.az

10Mənbələr