AZ

Atası ilə arvadının münasibətindən şübhələndi, hər ikisini öldürmək istədi - Bakıdakı cinayətin TƏFƏRRÜATI

Bakıda iki nəfərə xəsarət yetirməkdə təqsirləndirilən Elgün Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Abbasov 4 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. 1983-cü il təvəllüdlü E.Abbasov bir il əvvəl ailə həyatı qurub. O, həyat yoldaşı, atası və anası ilə birlikdə paytaxtın Xətai rayonu ərazisində kirayə yaşamağa başlayıb. E.Abbasov narkotik istifadəçisi olduğu üçün məhkum olunub. Həbsdən azad olunan E.Abbasov atası Şakirlə həyat yoldaşının yaxın münasibətdə olmasından şübhələnib və onları izləməyə başlayıb. E.Abbasov bu məqsədlə gecə saatlarında telefonunun səsyazma proqramını açıb, telefonunu evdə qoyub və siqaret almaq adı ilə evdən çıxıb.

Təxminən 10 dəqiqədən sonra evə qayıdan E.Abbasov evin qapısının arxadan bağlandığını görüb. O həmin vaxt həyat yoldaşı ilə atasının evdə cinsi əlaqədə olduğunu düşünərək qapını möhkəm döyüb. Qapını Elgünün həyat yoldaşı açıb. Elgün dərhal hamama keçərək oradan ülgücü götürüb yataq otağına keçib və qapını örtüb həyat yoldaşına hücum edib. O, əlindəki ülgüclə həyat yoldaşının sifət və boğaz nahiyələrinə xəsarət yetirməyə başlayıb. Qadının səsinə otağa daxil olan Elgünün atası və anası onları ayırmağa cəhd ediblər. Elgün həmin vaxt otaqda olan qazan qapağı ilə atasına baş nahiyəsindən xəsarət yetirib. Atasının yıxıldığını görən Elgün ona yumruq və təpik zərbələri endirməyə başlayıb.

Hadisə yerinə polis əməkdaşları gəliblər, E.Abbasov saxlanılıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

 

Seçilən
13
5
7news.az

6Mənbələr