Təxminən 10 dəqiqədən sonra evə qayıdan E.Abbasov evin qapısının arxadan bağlandığını görüb. O həmin vaxt həyat yoldaşı ilə atasının evdə cinsi əlaqədə olduğunu düşünərək qapını möhkəm döyüb. Qapını Elgünün həyat yoldaşı açıb. Elgün dərhal hamama keçərək oradan ülgücü götürüb yataq otağına keçib və qapını örtüb həyat yoldaşına hücum edib. O, əlindəki ülgüclə həyat yoldaşının sifət və boğaz nahiyələrinə xəsarət yetirməyə başlayıb. Qadının səsinə otağa daxil olan Elgünün atası və anası onları ayırmağa cəhd ediblər. Elgün həmin vaxt otaqda olan qazan qapağı ilə atasına baş nahiyəsindən xəsarət yetirib. Atasının yıxıldığını görən Elgün ona yumruq və təpik zərbələri endirməyə başlayıb.
Hadisə yerinə polis əməkdaşları gəliblər, E.Abbasov saxlanılıb.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. (Oxu.az)