Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib.
"Cebheinfo.az" AFFA-ya istinadən xəbər verir ki, komanda noyabrın 13-dən 16-dək Bakıda təlim-məşq toplanışında olacaq.
Komanda noyabrın 17-dən 24-dək Moldovanın paytaxtı Kişineuda təşkil olunacaq UEFA İnkişaf Turnirində 3 oyun keçirəcək.
Yekun heyət noyabrın 17-də müəyyənləşəcək.
18 noyabr
12:00. Monteneqro – Azərbaycan
20 noyabr
12:00. Azərbaycan – Bolqarıstan
23 noyabr
15:00. Moldova - Azərbaycan
Qeyd edəki, oyunlar Moldova Futbol Federasiyasının Texniki Mərkəzində təşkil olunacaq. Matçların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
"Cebheinfo.az"