AZ

Ukrayna MN-də korrupsiya halları ilə bağlı axtarışlar aparılacaq

"Şişirdilmiş silah alqı-satqı müqavilələri ilə bağlı təhqiqat çərçivəsində yaxın vaxtlarda Ukrayna Müdafiə Nazirliyində yeni axtarışlar aparılacaq". 

"Unikal" xəbər verir ki, bu barədə "Politico" (ABŞ)  nəşri məlumat dərc edib.  

"Müdafiə tədarükündə korrupsiya halları da müstəntiqlər tərəfindən araşdırılır və istintaqa yaxın adamların sözlərinə görə, yaxın vaxtlarda Ukrayna Müdafiə Nazirliyində yeni axtarışlar aparılacaq", - nəşr yazır.

Nəşrin mənbəsinin sözlərinə görə, Brüssel Kiyevin maliyyələşdirilməsini artırmaq barədə qərar verməlidir, çünki korrupsiya araşdırması "yanlış zamanda gəlir". 

"Bu, ukraynalılar üçün Qərb müttəfiqlərini maliyyələşdirməni davam etdirməyə inandırmaq baxımından böyük problemlər yaradır. Bu da Avropanın "biz bunu niyə edirik?" sualına səbəb olur", - qəzetin mənbəsi əlavə edib. Ukraynanın energetika sektorunda da ağır vəziyyət qeyd olunur. "Politico" gələn qışı 2022-ci ildən bəri Ukrayna üçün ən təhlükəli qış adlandırır.

Seçilən
84
50
unikal.az

10Mənbələr