Ağdam rayonunda tikintidə bədbəxt hadisə baş verib.
Moderator.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhər ərazisindəki tikinti sahəsində qeydə alınıb.
Həmin ərazidə bina tikintisində fəhlə işləyən 2001-ci il təvəllüdlü Sabir Sahib oğlu Camili ehtiyatsızlıqdan betonqarışdıran maşının altında qalıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.