AZ

Ali Məhkəmə “Kanal 13”ün rəhbəri ilə bağlı qərar verdi

BAKI, 13 noyabr. TELEQRAF

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində olan hökmdən verilmiş kassasiyaşikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrlik etdiyi prosesdə kassasiyaşikayəti təmin edilməyib, hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Əziz Orucov 2 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmdən verilmiş şikayəti təmin etməyib.

Əziz Orucov Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham edilir.

Seçilən
17
10
teleqraf.com

10Mənbələr