AZ

“WhatsApp”da yeni funksiya – Hər kəs sizə yaza bilməyəcək

Dünyanın ən çox istifadə edilən mesajlaşma platformalarından biri olan "WhatsApp" istifadəçilərin məxfilik və rahatlıq təcrübəsini artıracaq yeni bir funksiya üzərində işləyir.

Milli.Az xəbər verir ki, Android-in 2.25.33.11 kodlu beta versiyasında aşkar edilən xüsusiyyətə görə, əlaqə siyahısında olmayan nömrələrdən gələn mesajlar artıq əsas söhbət siyahısında görünməyəcək. Bunun əvəzinə, bu mesajlar "sorğular" (message requests) adlı ayrıca bir qovluqda toplanacaq.

Beləliklə, naməlum nömrələrdən gələn mesajlar istifadəçilərin şəxsi yazışmaları ilə qarışmayacaq və istənməyən bildirişlərin qarşısı alınacaq.

Yeni sistem "Instagram" və "X" (keçmiş Twitter) platformalarındakı mesaj sorğularına bənzər şəkildə işləyəcək.

Milli.Az

Seçilən
49
milli.az

1Mənbələr