AZ

COP30-da Belen Kommunikesi qəbul edilib (FOTO)

Bakı. Trend:

Noyabrın 12-də COP30 çərçivəsində Yaşıl İqlim Fondu (GCF) vəBeynəlxalq Miqrasiya Təşkilatının (IOM) birgə təşkilatçılığı ilə,COP29-un aparıcı təşəbbüsü olan Bakı İqlim və Sülh FəaliyyətiMərkəzinin (Bakı Mərkəzi) İllik Yüksəksəviyyəli Dialoqukeçirilib.

Trend xəbərverir ki, tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasına (UNFCCC) üzv ölkələrin nazirləri, yüksək səviyyəlihökumət nümayəndələri, BMT qurumları və beynəlxalq maliyyəinstitutlarının təmsilçiləri iştirak ediblər.

Görüşün əsas məqsədi iqlim dəyişiklikləri və sülh əlaqəsi üzrəqlobal gündəliyin daha da irəlilədilməsindən ibarət olub.

“Sülh, Yardım və Bərpa naminə İqlim Fəaliyyəti üzrəBakı Çağırışı”

Tədbirin açılışında çıxış edən COP29 Sədri Muxtar Babayev qeydedib ki, COP29 zamanı təsis edilmiş Bakı Mərkəzi, iqlim fəaliyyətiilə sülh və sabitlik arasında yeni əməkdaşlıq mərhələsinin əsasınıqoyub. Mərkəzin təqdimatı ilə çıxış edən xarici işlər nazirliyininxüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov bildirib ki, BakıMərkəzi artıq iqlim və münaqişlərdən əziyyət çəkən ölkələrdəinnovativ modellərə əsaslanan pilot layihələrin icrasına başlayır.Natiq bu vəzifənin COP29 təşəbbüsü olan Bakı Mərkəzinə həvaləedilməsini, beynəlxalq tərəfdaşların ölkəmizin etibarlı xaricisiyasəti və iqlim diplomatiyasına inamının nümünəsi kimidəyərləndirib.

Tədbirdə çıxış edən Yaşıl İqlim Fondunun İcraçı Direktoru xanımMafalda Duarte, Bakı Mərkəzinə tam dəstəklərini ifadə edib vəsözügedən təşəbbüsün iqlim maliyyəsini sülh və dayanıqlılıqnəticələri ilə birləşdirmək, həssas ölkələrə yardımın artırılmasısahəsində vacib beynəlxalq mexanizmə çevrildiyini qeyd edib.

Bu xüsusda çıxış edən Azərbaycan xarici işlər nazirinin müaviniYalçın Rəfiyev, Mərkəzin ölkəmizin digər vacib təşəbbüsü olan“Bakıdan Belenə Yol Xəritəsi”nin icrasında əhəmiyyətli roloynayacağına ümid etdiyini bildirib.

Tədbirdə, ilk pilot layihələr üzrə Birgə İşçi Qruplarınınyaradılmasına dair Bakı Mərkəzi ilə Qvineya-Bisau Ətraf Mühit,Biomüxtəliflik və İqlim Fəaliyyəti Nazirliyi, eləcə də QambiyaƏtraf Mühit, İqlim və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlıqhaqqında Anlaşma Memorandumları imzalanıb. İmzalama mərasimindənöncə çıxış edən Qambiya və Fici iqlim nazirləri, Qvineya-Bissau,İraq və Malavinin yüksəksəviyyəli hökumət nümayəndələri, BakıMərkəzinin qısa müddətdə qlobal müstəvidə vacib əməkdaşlıqplatformasına çevrildiyini vurğulayaraq, Azərbaycan dövlətinə vəCOP29 sədrliyinə beynəlxalq sülhün irəlilədilməsi sahəsindəkiliderliyə, həmçinin həssas ölkələrə göstərdiyi davamlı dəstəyə görətəşəkkürlərini bildiriblər.

Tədbirin sonunda Bakı Mərkəzinin Yüksəksəviyyəli DialoqununBelen Kommunikesi qəbul edilib.

COP30-da
COP30-da
COP30-da
COP30-da
COP30-da
Məqalədə:
Seçilən
20
9
az.trend.az

10Mənbələr