AZ

Aİ Ukraynaya 6 milyard avroluq tranş ayırır

Ukrayna noyabrın 13-də Avropa İttifaqından növbəti 6 milyard avroluq tranş gözləyir. SİA xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Büdcə Komitəsinin sədri Roksolana Pidlasa bildirib. "Biz birbaşa büdcə yardımının növbəti tranşının planlaşdırıldığı kimi, cümə axşamı günü gəlməsini gözləyirik. Bu, ERA kreditləri üzrə 4,1 milyard avro və “Ukrayna Mexanizmi” çərçivəsində 1,9 milyard avro təşkil edir", - o qeyd edib.

Deputatın sözlərinə görə, Ukraynanın 2026-cı ilin birinci rübünün sonunda Avropa İttifaqının yeni yardımına ehtiyacı olacaq. Qeyd edək ki, müharibə başlayandan bəri Aİ-nin ümumi dəstəyi artıq 178 milyard avroya çatır.

Seçilən
21
5
sia.az

10Mənbələr