AZ

BVF Ukraynaya 8 milyard dollarlıq yeni kredit proqramı təklif edir

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası Ukrayna üçün 8 milyard dollarlıq yeni kredit proqramı hazırlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə Ali Radanın Büdcə məsələləri komitəsinin sədri Roksolana Pidlasa sosial şəbəkələrdə bildirib.

O qeyd edib ki, yeni proqram üzrə rəsmi danışıqlar zamanı Ukraynanın 2026-cı il büdcəsinin detalları BVF missiyasının rəhbəri Qevin Qrey və həmkarları ilə müzakirə olunub.

"BVF-nin Ukraynaya təklif etdiyi proqramın ümumi həcmi dörd il ərzində təxminən səkkiz milyard dollar təşkil edir. Bu, gözlədiyimizdən və ehtiyacımızdan azdır, lakin BVF proqramı digər tərəfdaşlardan, o cümlədən reparasiya kreditindən maliyyə əldə etməyin açarıdır", – deyə o əlavə edib.

Pidlasanın sözlərinə görə, proqramın işə salınması və ilk ödənişlər yanvarda gözlənilir.

Bununla yanaşı, proqramın başlanması üçün fondla razılaşdırılmış kəsir çərçivəsində 2026-cı il büdcəsinin təsdiqi tələb olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
156
18
www.bakupost.az

10Mənbələr