AZ

London gizli kanal axtarışında

Birləşmiş Krallıq hökuməti Donald Trampın prezidentliyinin ilk aylarında Kreml ilə münasibətləri bərpa etmək cəhdlərindən narahat olaraq onun Ukrayna məsələsində Moskva ilə ayrıca razılaşma əldə edə biləcəyindən ehtiyat edib.

Musavat.com xəbər verir ki, bu barədə "The Financial Times" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, bu səbəbdən London 2025-ci ildə Rusiya ilə qeyri-rəsmi təmaslar qurmağa çalışıb, lakin bu cəhd nəticəsiz qalıb.

Böyük Britaniyanın baş naziri Kiri Starmerin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell bu ilin əvvəlində Rusiya prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakovla əlaqə saxlayıb. Məlumata görə, məqsəd Putinin yaxın çevrəsi ilə qeyri-rəsmi kanal yaratmaq və Kremlə Böyük Britaniya və digər Avropa ölkələrinin Ukrayna ilə bağlı mövqeyini birbaşa çatdırmaq olub.

Musavat.com

Seçilən
58
musavat.com

1Mənbələr