AZ

Patriarx Kirill eyni anda həm ibadətdə, həm də Putinin yanında imiş

2020-ci il noyabrın 20-də fizika baxımından izahı çətin bir hadisə baş verdi: Moskva və Bütün Rusiyanın Patriarxı Kirill eyni anda iki fərqli yerdə görünüb - həm Moskvaətrafı Peredelkino skitində keçirilən ibadətdə, həm də Vladimir Putinlə görüşdə.

Musavat.com xəbər verir ki, “Sistema” araşdırma agentliyi bu “anomal hərəkətin” necə baş verdiyini aydınlaşdırmağa çalışıb.

Səhər ibadəti: Peredelkino, saat 11:00

Patriarx Kirill 74 yaşını qeyd etdiyi günə ənənəvi şəkildə başlayıb - Aleksandr Nevski skitində ibadətlə. Moskva Patriarxiyasının saytında həmin tədbirdən dörd foto yerləşdirilib. Üç fotonun metadatasında çəkiliş vaxtı 10:48–11:08, yer isə Peredelkino göstərilir. Hətta fotoşəkil Xiaomi telefonunda çəkilib. Bütün bu məlumatlar Kirillin günün ilk yarısını həqiqətən də Peredelkinoda keçirdiyini təsdiqləyir.

Prezidentin təbriki: eyni vaxtda Novo-Oqaryovoda

Saat 12:40-da Patriarxiyanın saytı fotoreportajı dərc edib. Cəmi 25 dəqiqə sonra, 13:05-də Kremlin saytında yeni xəbər çıxdı: Putin Patriarx Kirilli Novo-Oqaryovoda qəbul edib. Şəkillərdə prezidentin məşhur bej rəngli kabineti görünür. Putin deyir:

“Görüşümüz bu gün sizin doğum gününüzə təsadüf edir. Sizi ürəkdən təbrik edirəm.”
O, Kirillə ağ qızılgüllərdən ibarət buket təqdim edir.

Amma məsafə 11 kilometr olsa da, burada ilk ziddiyyət yaranır: Kremlin fotolarında metadataya görə çəkiliş 11:14–11:16-da baş verib. Yəni Kirill cəmi altı dəqiqə ərzində ibadəti bitirib, paltarını dəyişib, başqa rayona “teleportasiya” etməli idi.

Putinin saatı və ikinci ziddiyyət

Videoda Putinin qolundakı saat 14:35 göstərir - bu isə rəsmi vaxtdan iki saat yarım irəlidədir.
Həmin gün eyni kabinetdə Putin ATƏS sammitinə və Qarabağla bağlı müşavirəyə də qatılıb. Maraqlıdır ki, həmin videolarda saatlar düzgün vaxtı göstərir.

“Sistema”nın “Vladimir Putin və gizli otaqlar” adlı araşdırmasına görə, prezidentin üç eyni kabineti var - Moskvaətrafı, Soçi və Valdayda. Bunlar xüsusi olaraq bir-birinə bənzər şəkildə tikilib ki, Putin harada olsa da, eyni məkanda işlədiyi təəssüratı yaransın.

Musavat.com

Seçilən
96
5
musavat.com

5Mənbələr