AZ

Ərdoğan: “Gürcüstan və Azərbaycanın bütün imkanları qəhrəmanlarımız üçün səfərbər edilib”

Ərdoğan:
“Dünən 86 milyonun tamamını hüznə boğan çox acı bir xəbər aldıq. 1news.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında paylaşım edərək Gürcüstan-Azərbaycan sərhədində baş verən hərbi təyyarə qəzası ilə bağlı xalqına müraciət edib.
"Qarabağ Zəfərinin 5-ci ildönümü münasibətilə Azərbaycanda olan hərbi birliyimizi daşıyan C130 tipli hərbi yük təyyarəmiz, ölkəmizə qayıtmaq üçün havaya qalxdıqdan qısa müddət sonra Gürcüstan-Azərbaycan sərhədinə yaxın Siğnaği bölgəsində qəzaya uğradı. Uca Allah şəhidlərimizin məkanını cənnət, məqamlarını ali eləsin... Qəlbimizdəki yanğını ifadə etmək əlbəttə mümkün deyil. 86 milyonun hər bir fərdinə, aziz şəhidlərimizin kədərli ailələrinə və Türk Silahlı Qüvvələrinə səbir və başsağlığı diləyirəm. Bu faciəvi hadisə yalnız millətimizi deyil, azərbaycanlı qardaşlarımızı və gürcü dostlarımızı da dərin kədərə boğdu. Hadisənin bütün təfərrüatları hərtərəfli şəkildə araşdırılır". Prezident bildirib ki, Gürcüstan rəsmiləri bu prosesdə ən yüksək səviyyədə əməkdaşlıq və dəstək göstərir. "Azərbaycanlı qardaşlarımız da eyni şəkildə bütün imkanlarını səfərbər ediblər. Millətimiz əmin olsun ki, Türkiyə Respublikası dövləti ilə yanaşı, Gürcüstan və Azərbaycanın bütün imkanları da qəhrəmanlarımız üçün səfərbər edilib. Ərazidə aparılan işlər anbaan izlənir. Hadisənin bütün istiqamətləri ilə tam aydınlaşdırılması üçün zəruri araşdırmalar böyük diqqət və dəqiqliklə aparılacaq. Millətimizdən yalanlara, manipulyasiyalara və dezinformasiyalara qarşı ayıq olmalarını xüsusilə xahiş edirəm. Sosial şəbəkələrdə bu cür faciələri siyasi məqsədlər üçün istismar edənlərə əsla meydan verilməməlidir.

Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Mesaj və zənglərlə acımızı bölüşən, başsağlığı verən bütün dost və qardaş ölkələrə təşəkkürümü bildirirəm”, – Türkiyə Prezidenti qeyd edib.

Seçilən
35
4
1news.az

5Mənbələr