Gürcüstanda C-130 hərbi yük təyyarəsinin qəzaya uğradığı yerə gələn qəza araşdırması və axtarış-xilasetmə qrupu Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə hadisə yerində işlərini davam etdirir.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
"Gürcüstanda qəzaya uğrayan C-130 hərbi yük təyyarəsinin hadisə yerinə tez bir zamanda gələn qəza araşdırması və axtarış-xilasetmə qrupumuz, Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə hadisə yerində işini davam etdirir. Qəza ilə bağlı texniki araşdırma və qiymətləndirmə prosesi davam edir və inkişaflar ictimaiyyətlə paylaşılacaq", - deyə məlumatda qeyd olunub.
Ağarza Elçinoğlu