AZ

Əlcəzairdə Rauf Hacıyevə həsr olunmuş kitab monoqrafiyanın təqdimatı keçirilib

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasındakı Səfirliyində sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevinc Rzayevanın “Azərbaycanın görkəmli bəstəkarları silsiləsindən” qələmə aldığı, bəstəkar və siyasi-ictimai xadim Rauf Hacıyevə həsr olunmuş kitab-monoqrafiyasının təqdimatı keçirilib.

525.az xəbər verir ki, kitabda görkəmli bəstəkarımızın yaradıcılığından bəhs edilib, onun yaradıcılığının Əlcəzairdə keçən dövrü haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, R.Hacıyev Əlcəzairin ilk üç baletini (“Üç inqilab”, “Alov” və “Hürriyyə”) bəstələyən və Əlcəzair xalqına bəxş edən böyük sənətkardır. R.Hacıyevin baletlərində Əlcəzairə xas olan müxtəlif melodiyalardan, folklordan, nubalardan istifadə olunub. Görkəmli həmyerlimiz 1970-ci illərdə Əlcəzairin şəhərlərini, kəndlərini dolaşmış, hər bölgənin özünə məxsus musiqi çalarlarını toplayaraq Əlcəzairə dair bəstələdiyi əsərlərdə məharətlə istifadə edib. Müəllif kitabında R.Hacıyev yaradıcılığının məhz bu dövrünə xüsusi diqqət yetirib.

Kitabın təqdimatında Əlcəzairin tanınmış siyasi-ictimai şəxsləri, mədəniyyət xadimləri, jurnalistlər, xarici ölkələrin səfirləri və diplomatları iştirak ediblər.

Tədbir Əlcəzairin nüfuzlu xəbər portallarında geniş şəkildə yayımlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
525.az

1Mənbələr