Bakı. Trend:
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti RəcəbTayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.
Trend xəbər verir ki,məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Əziz Qardaşım.
Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbiyük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsindəhərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə iləəlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaşTürkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznləbaşsağlığı verirəm.
Allah rəhmət eləsin!"