AZ

Sədərək rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq

ain.az bildirir, Azertag portalına istinadən.

Naxçıvan, 11 noyabr, AZƏRTAC

35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Qaraağac " hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq.

“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı Satış İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu səbəbdən noyabrın 12-si saat 09:30-dan 12:30-dək Qaraağac kəndinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
6
azertag.az

7Mənbələr