AZ

Naxçıvan Duz Muzeyinin ləğvi ilə bağlı Mədəniyyət Nazirliyindən AÇIQLAMA

Bəzi xəbər saytlarında Naxçıvan Duz Muzeyinin ləğv edildiyi ilə bağlı xəbərlər yayılıb.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə yaradılmış Naxçıvan Duz Muzeyi artıq fəaliyyətini dayandırıb:

"Əvvəlcə Duzdağ otelində fəaliyyət göstərən muzey, 2023-cü ildə otelin balanssaxlayıcısının dəyişməsi ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə köçürülmüşdü.

Muzeyin fondunda 138 ədəd eksponat yerləşdirilmişdi ki, bunların böyük hissəsi duz materialından hazırlanmışdır. İndi bu eksponatlar Naxçıvan Dövlət Tarix Muzeyinə veriləcək və orada xüsusi guşədə nümayiş etdiriləcək.

Naxçıvan Dövlət Tarix Muzeyi xalqımızın tarixini, mədəniyyətini və yeraltı-yerüstü sərvətlərini əks etdirən və daha çox yerli və əcnəbi ziyarətçilərin üz tutduğu bir mərkəzdir. Bu səbəbdən, ləğv edilmiş Naxçıvan Duz Muzeyinin eksponatlarının Dövlət Tarix Muzeyində nümayişi qərara alınmışdır", - deyə nazirlikdən bildirilib.

Mədəniyyət Nazirliyi bildirib ki, bu addım muzey fondlarının qorunması və ziyarətçilərə daha əlçatan olması məqsədi daşıyır.

Aygün Hüseyn, Bizim.Media

Seçilən
55
bizim.media

1Mənbələr