AZ

“Ədəbiyyatda Ali Baş Komandan” kitabı çap olunub

“Ədəbiyyatda Ali Baş Komandan” kitabı işıq üzü görüb. Kitabın müəllifi AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, tənqidçi-ədəbiyyatşünas Tehran Əlişanoğludur.

XQ xəbər verir ki, kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçisi isə filologiya elmləri doktoru Elnarə Akimovadır.

Kitabda Tehran Əlişanoğlunun Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi fonunda ədəbiyyatda müzəffər obrazını işıqlandıran, təhlil və təsvir edən məqalələri toplanıb. Son illərdə Prezident İlham Əliyevin beynəlxalq arenada, ölkə həyatında, geopolitikada, diplomatiya dünyasında, qlobal problemlərin çözümü və həlli istiqamətində fəal iştirakı Azərbaycanın gücünü nümayiş etdirir. Çağdaş Azərbaycanın gücü ədəbiyyatda və kitabda adekvat təcəssümünü tapıb.

“Azərbaycanın gücü”, “Yeganə namizədimiz – İlham Əliyevdir”, “Tarixin fürsəti”, “Qalibiyyət və Ədəbiyyatın dərsləri”, “Ədəbiyyatda Ali Baş Komandan”, “Qalibiyyət zamanı: çağdaş ədəbiyyatda diskursun dəyişməsi”, “Şuşada dirçəliş havası”, “Çağdaş Ədəbiyyat dastanı”, “Bayraq dalğalandı”, “Yubiley saatı və Ədəbiyyatın missiyası”, “Ədəbiyyatda İrəvan konsepti”, “Konstitusiyamız – ədəbiyyatımız, ədəbiyyatımız – konstitusiyamızdır” başlıqlı məqalələrin hər biri Ali Baş Komandan İlham Əliyevin gördüyü masştablı işləri elmi düşüncənin predmetinə çevirir, fikir həyatımızda atdığı müstəsna xidmətləri ədəbiyyatın dili ilə analiz edir.

Qeyd olunur ki, hazırda bədii, fəlsəfi-siyasi və humanitar düşüncənin kəsişdiyi ortaq konsepsiya bu tamlıqla və bütövlükdə öz ifadəsini ölkə başçısının ehtiva etdiyi lider obrazında, onun əməlində, işində tapır.

Kitabın üz qabığı Heyran Mustafazadəyə məxsusdur.

Seçilən
26
5
xalqqazeti.az

6Mənbələr