AZ

Naxçıvan Duz Muzeyinin ləğvi ilə bağlı RƏSMİ AÇIQLAMA

ain.az, Bizim media saytına istinadən bildirir.

Mediada “Naxçıvan Duz Muzeyinin ləğvi” ilə bağlı xəbər yayılıb. Həmçinin Duzdağ Müalicə Mərkəzinə aid fotoşəkillərin istifadə edilməsi ictimaiyyətdə müəyyən çaşqınlıq yaradıb.Naxçıvan Muxtar Respublikası Həmkarlar ittifaqları Konfederasiyasından Bizim.Media - nın sorğusuna cavab olaraq bildirilib ki, Duzdağ Müalicə Mərkəzi Duz Muzeyindən fərqli qurumdur və öz fəaliyyətini tam şəkildə davam etdirir:"Paylaşılan fotoşəkillər səhvən mərkəzimizə aid olduğu üçün bəzi oxucular tərəfindən mərkəzin də fəaliyyətini dayandırdığı kimi anlaşılmışdır.Qeyd edirik ki, Duzdağ Müalicə Mərkəzi hal-hazırda fəaliyyətini genişləndirir, müasir tibbi xidmətlərin tətbiqi, yeni müalicə proqramlarının yaradılması və qonaqlar üçün rahat infrastrukturun təmin olunması istiqamətində ardıcıl işlər həyata keçirilir. Mərkəz həm yerli, həm də xarici qonaqlar üçün unikal təbii şəfa mühiti təqdim etməklə, regionun aparıcı sağlamlıq və turizm məkanlarından biri kimi fəaliyyət göstərir", - deyə bildirilib.Aygün Hüseyn, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
4
bizim.media

6Mənbələr