AZ

Siyavuş Aslanın oğlu: Atamın yubileyinə getmədim

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Noyabrın 6-da atam Siyavuş Aslanın 90 illik yubileyi münasibətilə Akademik Milli Dram Teatrında "Varlı qadın" tamaşası nümayiş olundu. Əslində iştirak etmək istəyirdim, amma dəvətnamələri alandan sonra fikrimdən daşındım. Mənə elə bir yeri təklif etmişdilər ki, özümə ayıb bildim gedib orada oturum. 9-cu, 10-cu sıralar... Küncdə, qıraqda, ortalarda qalan yerlər...Başa düşmədim ki, onlar niyə məni belə yerlərdə oturmağa layiq biliblər. Etirazımı bildirdim və xahiş etdim ki, rəhbərinizə də bildirərsiniz. Sizin orada VIP lojalarınız, 1-ci, 2-ci sıralarınız ola-ola, 10 ildə bu boyda şəxsiyyətin yubileyini qeyd edirsiniz və aman-zaman bir övladını uzaq sıralara atmaqda məqsədiniz nə idi? Bundan şübhələndim və getmədim ki, söz-söhbətlər də olmasın. İmkanım olsaydı, öncədən bilsəydim, gedib öz pulumla bilet alardım. Bu şəxsən mənə böyük diqqətsizlikdir. Siz 10 ildə bir tədbir keçirirsiniz, dövlət sizə təmənna edib bu işləri görməkdə, sənətkarın bir övladına 1-ci sırada yer tapılmadı? Bəs məni niyə 9-cu və 10-cu sıralara dəvət edirsiniz?"Demokrat.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Siyavuş Aslanın oğlu Eldar Aslan deyib.

Seçilən
18
4
demokrat.az

7Mənbələr