AZ

Kreml: Putin və Tramp arasında telefon danışığı tez bir zamanda ola bilər

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Putin və Tramp arasında telefon danışığı tez bir zamanda təşkil edilə bilər.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Vaşinqton nüvə sınaqları ilə bağlı vəziyyətin müzakirə edildiyi Təhlükəsizlik Şurasının iclasından sonra Putin və Tramp arasında telefon danışığı tələb etməyib.

Peskov qeyd edib ki, Rusiya hələ ki, Trampın nüvə sınaqları barədə açıqlamaları ilə bağlı ABŞ-dan izahat almayıb.

Kreml rəsmisi ABŞ-da baş tutan Tramp-Tokayev danışıqlarına da münasibət bildirib.

Qeyd edib ki, Tokayev və Tramp arasındakı əlaqələrin məzmununu Qazaxıstan prezidenti açıqlamaq istəsə, Rusiya onları öyrənməkdə maraqlı olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
6
apa.az

7Mənbələr