İtaliyanın "Atalanta" klubunun yeni baş məşqçisi müəyyənləşib.
"Unikal" xəbər verir ki, bu barədə insayder Fabritssio Romano məlumat yayıb.
A seriyası təmsilçisi Raffaele Palladino ilə anlaşıb. İtaliyalı mütəxəssis istefaya göndrəilən İvan Yuriçi əvəzləyəcək.
41 yaşlı mütəxəssislə 2027-ci ilin yayına kimi müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Raffaele Palladinonun son iş yeri "Fiorentina" olub. O, bu ilin may ayında istefaya göndərilib.