AZ

"Atalanta"nın yeni baş məşqçisi bəlli oldu

İtaliyanın "Atalanta" klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Unikal" xəbər verir ki, bu barədə insayder Fabritssio Romano məlumat yayıb.

A seriyası təmsilçisi Raffaele Palladino ilə anlaşıb. İtaliyalı mütəxəssis istefaya göndrəilən İvan Yuriçi əvəzləyəcək.

41 yaşlı mütəxəssislə 2027-ci ilin yayına kimi müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Raffaele Palladinonun son iş yeri "Fiorentina" olub. O, bu ilin may ayında istefaya göndərilib.

Seçilən
47
42
unikal.az

10Mənbələr