AZ

“Napoli” - “Qarabağ” matçının biletləri artıq satışdadır

Çempionlar Liqasının V turu çərçivəsində keçiriləcək “Napoli” - “Qarabağ” oyunu üçün biletlər artıq satışdadır.

XQ xəbər verir ki, biletlərin qiymətləri 25 avrodan 165 avroya (təxminən 49-324 manat) qədərdir.

“Napoli” ilə “Qarabağ” oyunu 26 noyabrda Dieqo Armando Maradona stadionunda keçiriləcək.

Qeyd edək ki, 4 turdan sonra “Qarabağ” 7 xalla 15-ci, “Napoli” isə 4 xalla 24-cü pillədə qərarlaşıb.

Seçilən
24
1
xalqqazeti.az

2Mənbələr