Özbəkistanın paytaxtı Daşkənddə Beynəlxalq Nəqliyyat Forumunun ("International Transport Forum"), həmçinin aviasiya forumu və "TransLogistica Uzbekistan 2025" sərgisinin açılışı olub.
Aznews.az xəbər verir ki, bu barədə "Sputnik Özbəkistan" məlumat yayıb.
Tədbirin təşkilatçıları Özbəkistan Nəqliyyat Nazirliyi, Türk Dövlətləri Təşkilatı, Logistika Mərkəzləri və Yük Daşıyıcıları Alyansıdır.
Forum multimodal nəqliyyat marşrutlarının inkişafını təmin etmək üçün konstruktiv müzakirələrə, məlumat mübadiləsinə və birgə təşəbbüslərə dəstək verməyi hədəfləyir.