AZ

Daşkənddə Beynəlxalq Nəqliyyat Forumu keçirilir

Özbəkistanın paytaxtı Daşkənddə Beynəlxalq Nəqliyyat Forumunun ("International Transport Forum"), həmçinin aviasiya forumu və "TransLogistica Uzbekistan 2025" sərgisinin açılışı olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Sputnik Özbəkistan" məlumat yayıb.

Tədbirin təşkilatçıları Özbəkistan Nəqliyyat Nazirliyi, Türk Dövlətləri Təşkilatı, Logistika Mərkəzləri və Yük Daşıyıcıları Alyansıdır.

Forum multimodal nəqliyyat marşrutlarının inkişafını təmin etmək üçün konstruktiv müzakirələrə, məlumat mübadiləsinə və birgə təşəbbüslərə dəstək verməyi hədəfləyir.

Özbəkistan nəqliyyat naziri İlhom Mahkamov çıxışında qeyd edib ki, tədbirlər nəqliyyat-logistika sisteminin inkişafı, regional əlaqələrin möhkəmləndirilməsi və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi üzrə aktual məsələləri müzakirə etmək üçün dövlət və beynəlxalq təşkilatların, işgüzar dairələrin və aparıcı ekspertlərin nümayəndələrini bir araya gətirir.

Forum çərçivəsində Asiya ölkələri üçün 4-cü Yüksək Səviyyəli Dialoq keçirilir ki, burada Özbəkistan, Qırğızıstan, Tacikistan, Pakistan, Azərbaycan, Qazaxıstan, Türkiyənin nazirlikləri və qurumlarının, həmçinin beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Seçilən
3
2
ikisahil.az

4Mənbələr