AZ

Azərbaycanda bu muzey bağlandı

Azərbaycanda tanınmış mədəniyyət ocaqlarından biri – Naxçıvan Duz Muzeyi ləğv edilib. AzPost Modern.az-a istinadla xəbər verir ki, muzey artıq fəaliyyətini dayandırıb.

Məlumata görə, ləğv barədə qərarın iki ay ərzində tam icra olunması nəzərdə tutulur. Hazırda muzeyin bağlanmasının səbəbləri açıqlanmayıb.

Naxçıvan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzey 2017-ci ildə Vasif Talıbovun qərarı ilə yaradılmışdı. Muzeyin məqsədi Naxçıvan duzunun əhəmiyyətini önə çıxarmaq, bu sahədə aparılan elmi tədqiqatların nəticələrini toplamaq və dəyərli maddi-mədəniyyət nümunələrini qorumaq idi.

Muzeydə müxtəlif dövrlərə aid daş alətlər, çəkiclər, duz torbaları, saxsı və gil qablar, daş həvəngdəstələr və digər tarixi eksponatlar nümayiş etdirilirdi.

Xatırladaq ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə məxsus “Naxçıvan Duz İstehsalı” MMC-də də istehsal və qablaşdırma prosesi dayandırılmışdı.

AzPost.az

Seçilən
55
azpost.info

1Mənbələr