AZ

"Qarabağ"ın qapıçısı Polşa millisinə dəvət aldı

"Qarabağ"ın polşalı qapıçısı ölkəsinin milli komandasına dəvət alıb. 

Fanat.Az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Lukaş Skorupski, Kşiştof Pyontek və Yan Bednarek zədəli olduqları üçün baş məşqçi Yan Urban heyətdə dəyişiklik edib. O, Mateuş Koxalski ilə "Palermo"lu Bartoş Bereşinskini milliyə çağırıb.

Qeyd edək ki, Polşa yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Niderland seçməsini qəbul edəcək, üç gün sonra isə Maltanın qonağı olacaq.
 

Seçilən
25
fanat.az

1Mənbələr