AZ

“Qarabağ”ın rəqibi olan “Napoli”də işlər yolunda deyil Kontedən sərt sözlər

Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

UEFA Çempionlar Liqasının növbəti - 5-ci turunda “Qarabağ”ın rəqibi olan “Napoli”nin baş məşqçisi Antonio Konte komandanın hazırkı vəziyyəti və daxili ab-havası barədə danışıb. O, bu açıqlamanı istefaya göndəriləcəyi barədə söz-söhbətlərin fonunda verir.

QOL.az-ın xəbərinə görə, 56 yaşlı mütəxəssis “La Gazzetta dello Sport” qəzetinə bildirib ki, əgər ardıcıl beş oyun uduzursansa, deməli, nəsə düzgün getmir:

“Dəyişikliklər etmək lazımdır. Mən sadəcə olaraq komandanın tənəzzülünü kənardan izləmək fikrində deyiləm. Lazım gələrsə, məsuliyyəti birinci olaraq öz üzərimə götürəcəyəm”.

O etiraf edib ki, hazırda komanda daxilində birlik hiss etmir: “Hər kəs yalnız öz problemlərinə fokuslanıb. Heç kimə “ürək köçürməsi” etmək mümkün deyil. Hər kəsin öz içində ruhu, qəzəbi və mübarizə istəyini tapması lazımdır. Burada təkcə iş görmək deyil, onu necə etdiyin də vacibdir. Minimumu yerinə yetirməklə klubu böyük ambisiyalarla oynamaq arasında böyük fərq var.

Hazırda hər kəs yalnız öz “bağçasına” baxır. Mən əvvəllər də bu cür vəziyyətlə qarşılaşmışam, ona görə bu məsələni klub rəhbərliyi ilə ciddi şəkildə müzakirə etməyi planlaşdırıram”..

İtaliya çempionatında 11 turdan sonra “Napoli” 22 xal toplayaraq turnir cədvəlində 4-cü pillədə qərarlaşıb və liderlər “İnter” və “Roma”dan 2 xal geri qalır. Çempionlar Liqasında isə komanda 4 oyundan 4 xalla 24-cü yerdədir.

“Napoli” - “Qarabağ” matçı noyabrın 25-də keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
1
qol.az

2Mənbələr